Qayınatasının şirkəti adından vətəndaşları aladatdı: 237 minlik dələduzluq

Şəki Ağır Cinayətlər Məhkəməsində rəsmi sənədlər hazırlamada və dələduzluqda təqsirləndirilən Taryel Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 5 il müddətə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxsə cəza təyin olunmayıb.

İttihama görə, Taryel Babayev müxtəlif vaxtlarda aldatma və etibardan sui-istifadə etmə yolu ilə bir neçə şəxsə qarşı dələduzluq əməlləri törətməkdə ittiham olunur.

Belə ki, o, qayınatasına məxsus və rəhbərlik etdiyi MMC adından verilmiş etibarnamədən sui-istifadə edərək, tanışları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edib. Təqsirləndirilən şəxs guya Füzuli və Ağdaş rayonlarında, habelə Bakı şəhərinin müxtəlif ərazilərində internet və infrastruktur layihələri üzrə subpodrat və tenderlərin təmin ediləcəyini vəd edərək zərərçəkmiş şəxsləri aldadıb.

İstintaqın mövqeyinə görə, bu məqsədlə zərərçəkmişlərdən müxtəlif vaxtlarda ümumilikdə yüz minlərlə manat pul vəsaiti alınıb. Pul vəsaitləri guya vəzifəli şəxslərə rüşvət verilməsi, tenderlərin müsbət həlli və layihələrin həvalə edilməsi adı altında ələ keçirilib.

Bundan əlavə, cinayətkar niyyəti həyata keçirmək üçün Taryel Babayev və onun əlbir olduğu şəxslər tərəfindən bir sıra rəsmi sənədlər – subpodrat müqavilələri və qiymət razılaşdırılması protokolları saxtalaşdırılıb. Saxta sənədlər zərərçəkmişlərə təqdim edilərək onlarda real layihə görüntüsü yaradılıb.

İstintaqla müəyyən edilib ki, təqdim edilən layihələrin faktiki olaraq mövcud olmadığı, müvafiq şirkətlərin həmin ərazilərdə heç bir iş icra etmədiyi halda, əldə edilən pul vəsaitlərinin təqsirləndirilən şəxs və onunla əlbir olan şəxslər arasında bölüşdürülərək şəxsi ehtiyaclara sərf edildiyi aşkar edilib.

Bununla da təqsirləndirilən şəxs zərərçəkmişlərə ümumilikdə 237 600 manat ziyan vurub. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

End of content

No more pages to load

RADİO