Cənub bölgəsində intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yağıntıların dağlıq və dağətəyi ərazilərə düşməsi Lənkəran rayonu ərazisindən axan Lənkərançayda da suyun səviyyəsinin yüksəlməsinə səbəb olub, axının sürəti artıb.
Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin İrriqasiya sahəsinin rəisi Rakif Rufiyevin sözlərinə görə, hazırda çayda suyun səviyyəsi təhlükəli həddi keçməyib, vəziyyət tam nəzarət altındadır.
Güclü yağıntıların davam edəcəyi ehtimalı nəzərə alınaraq, monitorinqlər gücləndirilmiş rejimdə davam etdirilir.

Sabutay, Bizim.Media