Ötən gün bıçaqlanan “Kəpəz”in 24 yaşlı futbolçusu Veysəl Rzayevin son durumu açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Bu barədə Bizim.Media-nın sorğusuna klubun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda onun durumunun yaxşı olduğu bildirilib:
“Futbolçumuz hələ reanimasiyadadır. Amma vəziyyəti dünənlə müqayisədə bu gün stabildir, yaxşıdır. Məsələ isə araşdırılır”.
Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Naibə Məmmədova, Bizim.Media