Kərimov qardaşlarının Rumıniya macəraları - Çoxsaylı mülklər necə əldə edilib?

Mediada Salyanın keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərlinin Rumıniyada çoxsaylı mənzillər almasına dair məlumatlar geniş müzakirələrə səbəb olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Ü.Abuzərlinin mətbuata açıqlama verərək xaricdə mülklər almasını hökumət fəaliyyəti ilə əlaqələndirməsi bu müzakirələri daha da artırıb.

Məsələyə münasibət bildirən şəxslər Azərbaycanda əldə edilmiş vəsaitlərin bu şəkildə xaricdə sərf edilməsinin düzgün olmadığını bildiriblər.

Bununla yanaşı, Ümid Abuzərlinin guya 25 ildir Rumıniyada yaşaması barədə dedikləri də təsdiqini tapmayıb. Belə ki, kiçik araşdırma sabiq icra başçısının oğlunun son illərədək Azərbaycanda yaşadığını və müxtəlif qurumlarda çalışdığını ortaya çıxarır.
 

Əvvəllər “Level Up Təhsil və İnkişaf Mərkəzi”nin təsisçisi kimi tanınan Ümid Abuzərli 2015-ci ildə Yeni Azərbaycan Partiyasının fəal gənclərindən biri laraq burada vəzifəyə təyin edilib. Ü.Abuzərli YAP-ın Gənclər Birliyinin Ofisinin koordinatoru kimi xarici ölkələrdə səfərlərdə olub.


Bundan sonra isə Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Sədr Nazim İbrahimovun vaxtında gerçəkləşən bu təyinat birmənalı qarşılanmamış və narazılığa səbəb olmuşdu.

Daha sonra Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən Federasiyanın ümumi yığıncağında növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli isə vitse-prezident vəzifəsinə təsdiq ediliblər.

Rumıniyada yeni alınan yaşayış kompleksi



25 ildir Rumıniyada yaşadığını deyən Ümidin qardaşı Həmzənin isə bu ölkə ilə həqiqətən bağlılığı mövcuddur. Mətbuatda yer alan məlumatlarda Həmzənin adı Adnan Əhmədzadənin yaxın adamları və ortaqları siyahısında da yer alır. Belə ki, həmin siyahıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimova da rast gəlinir.
 

Həmçinin yayılan məlumatlarda onların digər qardaşı Turalın Rumıniyada qeyri-qanuni fəaliyyət göstərdiyi və istintaqa cəlb edildiyi bildirilir. Belə ki, T.Kərimov bir sıra SOCAR qaz stansiyalarının tikintisi ilə əlaqədar Rumıniya prokurorları tərəfindən çirkli pulların yuyulması və dövlət büdcəsinə yanlış informasiya verməkdə ittiham olunub. İstintaq hələ də davam edir.


Həmzə Kərimov OCCRP-ə bildirib ki, qardaşı Rumıniyada çox sərmayə yatıran yaxşı insandır və prokurorlar ona qarşı yalan ittiham irəli sürüblər.

Fotoda Həmzə Kərimov



7news.az-ın məlumatına görə, Kərimov qardaşlarının və tərəfdaşlarının hekayəsi təxminən 10 il bundan əvvəl, Həmzə Kərimovun Buxarestə gəlməsi ilə başlayıb. 23 yaşlı Həmzənin missiyası şəhərin ilk SOCAR ofisini idarə etmək idi. Onun qardaşı Tural daha sonra daşınmaz əmlak sahəsində işə başlayıb və eyni zamanda qısa müddət ARDNŞ-nin iqtisadi şöbəsində işləyib.

Onların atası Tahir Kərimov 2016-cı ilin martında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən vəzifədən azad olunana qədər Salyanda icra başçısı işləmiş mühüm siyasi şəxs idi.
 

Tahir Kərimov daha çox 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.


O zaman bu hadisə ölkədə böyük səs-küyə səbəb olmuş və Tahir Kərimovin vəzifədən uzaqlaşdırılmasına gətirib çıxarmışdı.

T.Kərimov daha əvvəllər Z. Tağıyev adına “Balıqhisləmə” zavodunun direktoru, “Caspian Fish” LTD şirkətinin baş direktoru vəzifəsində işləmişdi. Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinə rəhbərlik edib, oradan da Salyana göndərilmişdi.

Fotoda Tahir Kərimov


“Qaynarinfo”nun məlumatına görə, onun oğlu Ümid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Həmzə Kərimov isə 2007–2024-cü illər arasında “SOCAR Petroleum SA” şirkətinə rəhbərlik edib.

“Memaar Capital” Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahibdir və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir.

Yeni layihə “Harmony Homes” adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan 2 mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə “Memaar Capital” şirkətinin nəzarətinə keçib.

Mediada yayılan bütün məlumatlarla bağlı Demokrat.az-a açıqlama verən Abuzərli heç bir qanunsuz işlə məşğul olmadığını vurğulayıb.
 

“Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”, - o əlavə edib.


Qeyd edək ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, Ümid Abuzərli tərəfindən yaradılmış şirkət 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alınıb.

Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın Buxarest şəhərinin şimal kənarında, İlfov qraflığının Voluntari bölgəsindəki Pipera məhəlləsində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

Fotoda Ümid Abuzərli


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərinin videosuna görə ərizə yazmışdı - İşdən çıxarıldı – VİDEO

Ərinin videosuna görə ərizə yazmışdı - İşdən çıxarıldı – VİDEO

Qardaşı uşaqlarını baltalayan şəxs həbsxanada özünü çarpayıdan atıb – ÖLÜMÜNÜN DETALLARI

Qardaşı uşaqlarını baltalayan şəxs həbsxanada özünü çarpayıdan atıb – ÖLÜMÜNÜN DETALLARI

Bu il rezidentura imtahanları elektron formada olacaq – RƏSMİ

Bu il rezidentura imtahanları elektron formada olacaq – RƏSMİ

“Neftçi” – “Qarabağ” oyunu niyə təxirə salınmadı? – PFL-dən AÇIQLAMA

“Neftçi” – “Qarabağ” oyunu niyə təxirə salınmadı? – PFL-dən AÇIQLAMA

ADY hava ilə bağlı sərnişinlərə müraciət etdi

ADY hava ilə bağlı sərnişinlərə müraciət etdi

"Yaxşı oxusa da, hərəkətinə görə ona qulaq asmıram"

"Yaxşı oxusa da, hərəkətinə görə ona qulaq asmıram"

Şəmsi Səmədzadə axtarışa verildi

Şəmsi Səmədzadə axtarışa verildi

Dünya çempionumuz əməliyyat OLUNDU

Dünya çempionumuz əməliyyat OLUNDU

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək

Tehranda 22 yaşlı qız evindən OĞURLANDI - FOTO

Tehranda 22 yaşlı qız evindən OĞURLANDI - FOTO

Kreml: Ukrayna qərar verənə qədər "xüsusi hərbi əməliyyat" davam edəcək

Kreml: Ukrayna qərar verənə qədər "xüsusi hərbi əməliyyat" davam edəcək

Fəzail Ağamalı partiya rəhbərliyini qızına “cehiz” verib? — Özü danışdı

Fəzail Ağamalı partiya rəhbərliyini qızına “cehiz” verib? — Özü danışdı

Bakıda bıçaqlanan ata həyatını itirdi - 15 yaşlı qızı SAXLANILDI

Bakıda bıçaqlanan ata həyatını itirdi - 15 yaşlı qızı SAXLANILDI

Qardaşı uşaqlarını baltalayan əminin ÖLÜM SƏBƏBİ açıqlandı – RƏSMİ

Qardaşı uşaqlarını baltalayan əminin ÖLÜM SƏBƏBİ açıqlandı – RƏSMİ

Bakıda 10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı

Bakıda 10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı

Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər: Xərclərinizi minimuma endirin

Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər: Xərclərinizi minimuma endirin

Rusiyada məktəbli qız şagirdlərə hücum etdi: Yaralılar var – FOTO/VİDEO

Rusiyada məktəbli qız şagirdlərə hücum etdi: Yaralılar var – FOTO/VİDEO

60 il əvvəlki soyuqlar GERİ QAYIDIR – “Adamboyu qar yağacaq, apreldə isə...”

60 il əvvəlki soyuqlar GERİ QAYIDIR – “Adamboyu qar yağacaq, apreldə isə...”

Trampdan CNN müxbirinə İSTEHZALI MƏSLƏHƏT: “Bir az da gülümsəməyin pis olmazdı” – VİDEO

Trampdan CNN müxbirinə İSTEHZALI MƏSLƏHƏT: “Bir az da gülümsəməyin pis olmazdı” – VİDEO

Ermənistan Azərbaycanla sülhə mane olan sənədin mətnini dəyişir

Ermənistan Azərbaycanla sülhə mane olan sənədin mətnini dəyişir

"Ad günümün səhəri öyrəndim ki, xərçəng xəstəsiyəm" - Müğənni göz yaşı tökdü - VİDEO

"Ad günümün səhəri öyrəndim ki, xərçəng xəstəsiyəm" - Müğənni göz yaşı tökdü - VİDEO

Bu gün Əbu-Dabidə Rusiya-Ukrayna danışıqları başlayır

Bu gün Əbu-Dabidə Rusiya-Ukrayna danışıqları başlayır

Həmkarları rüşvət alan hakimə güzəşt ETMƏDİ

Həmkarları rüşvət alan hakimə güzəşt ETMƏDİ

Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü

Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü

End of content

No more pages to load

RADİO