Azərbaycanda yaşayan ermənilər hansı bölgələrdə qalır?

Azərbaycanda ümumilikdə 178 erməni yaşayır. Bu rəqəmlər əhalinin sonuncu siyahıyaalınmasının nəticələrinə əsaslanır. Onlardan 55-i kişi, 123-ü qadındır. Etnik ermənilərin 109-u şəhər, 69-u isə kənd əhalisi kimi qeydiyyata alınıb.

Yaş bölgüsünə görə, ölkədə yaşayan ən gənc ermənilər 30–34 yaş aralığındadır. Bu kateqoriyada 14 nəfər Azərbaycan vətəndaşı kimi qeydiyyatda olub. Ən çoxsaylı yaş qrupu isə 60–65 yaş aralığıdır – bu yaşda 25 erməni qeydə alınıb. Bundan əlavə, ölkə ərazisində 90–94 yaş aralığında olan 4 erməni də yaşayır.

Bizim.Media xəbər verir ki, bu barəfə informasiyanı Dövlət Statistika Komitəsi yayıb.
 

Qurumdan bildirilib ki, ən çox erməni Bakı şəhərində məskunlaşıb. Paytaxtda 74 erməni yaşayır ki, onların 20-si kişi, 54-ü qadındır.


Bakıdan sonra ermənilərin ən çox yaşadığı rayon Şəmkirdir. Burada 38 erməni qeydə alınıb; onlardan 13-ü kişi, 25-i qadındır. Samux rayonunda 10, Abşeronda isə 8 erməni yaşayır.

Əhalisinin sayına görə Azərbaycanın ən böyük şəhəri olan Sumqayıtda 4, üçüncü böyük şəhər Gəncədə isə 1 erməni məskunlaşıb. Mingəçevir şəhərində 2 erməni yaşayır. Ermənilərin nisbətən çox məskunlaşdığı ərazilərdən biri də Abşeron rayonudur – burada 8 erməni qeydə alınıb.
 

Naxçıvan Muxtar Respublikasında isə ümumilikdə 5 erməni yaşayır. Bundan başqa, Şamaxıda 5, Şabranda 4, Qəbələdə 3, İsmayıllıda 2, eləcə də Daşkəsən və Göygöl rayonlarında erməni əsilli şəxslər məskunlaşıb.


Qarabağ və Şərqi Zəngəzur bölgələrinə gəldikdə isə, bu ərazilərdə qeydiyyatda olan və Azərbaycan vətəndaşlığını qəbul etmiş ümumilikdə 7 erməni var. Onlardan 1 nəfər Ağdamda, 1 nəfər Ağcabədidə, 1 nəfər Tərtərdə, 1 nəfər Kəlbəcərdə, 3 nəfər isə Bərdədə qeydiyyatdadır.

Bundan əlavə, Goranboy, Ağstafa, Qazax, Tovuz, Xaçmaz, Siyəzən, Lənkəran və Oğuz rayonlarında da hər birində 1 nəfər olmaqla, etnik mənsubiyyəti erməni olan şəxslər yaşayır.
 

Xatırladaq ki, Azərbaycanda sonuncu siyahıyaalma 2019-cu ildə keçirilib. Proses hər 10 ildən bir keçirildiyi üçün növbəti siyahıyaalma 2029-cu ildə baş tutacaq.


Yeri gəlmişkən, hazırda Xankəndi şəhərində Ermənistan vətəndaşı olan 2 erməni yaşayır. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

End of content

No more pages to load

RADİO