Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, şəhər ərazisində kanalizasiya xətlərində qaynaq işləri aparılan zaman partlayış qeydə alınıb.
Nəticədə 1984-cü il təvəllüdlü A. Zamanov, 1968-ci il təvəllüdlü Ərəstun adlı şəxs və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media