Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - lifti belə yoxdur...

Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin problemləri 20 ildir həll olunmur.

Bizim.Media xəbər verir ki, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan sakinlər Musavat.com-a şikayət məktubu ünvanlayıblar.

Sakinlərin bildirdiyinə görə, bina 2005-ci ildə mənzil mülkiyyətçilərinin yaşaması üçün standartlardan uzaq inşa olunub.
 
Şikayətdə qeyd olunub ki, sözügedən bina 6 blokdan ibarətdir, 18 və 20 mərtəbəlidir, ümumilikdə 330 mənzili əhatə edir.

Bildirilir ki, bina “Hüquq” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilib və həmin kooperativ “Messenat Holdinq Şirkətlər Qrupu”nun tərkibinə daxildir:

"Hazırda binanın idarə olunması formal olaraq “Nasim-45” MMC-yə həvalə edilsə də, faktiki idarəetmə “Messenat Holdinq Şirkətlər Qrupu”nun təsisçisi və rəhbəri İsayev Tofiq Həbib oğlu tərəfindən həyata keçirilir.


Uzun müddət “Messenat Holdinq”ə Ramiz Mehdiyevin kiçik qardaşı Mais Mehdiyev rəhbərlik edib. Məhz bu dövrdə bina ciddi texniki və konstruktiv qüsurlarla inşa olunub. Tikinti normaları pozulub, liftlər yoxdur, təhlükə qalır".
 
Şikayətdə vurğulanan əsas problemlərdən biri tikinti normalarının kobud şəkildə pozulmasıdır. Bildirilir ki, binanın 20 mərtəbəsinin hamısı təhlükəsizlik baxımından risk yaradan mişar daşından inşa edilib.

Bundan əlavə, binanın 162 və 168 saylı bloklarında yük liftləri ümumiyyətlə quraşdırılmayıb və indiyədək istismara verilməyib.
 
Bu vəziyyət xüsusilə fövqəladə hallarda ciddi təhlükə yaradır. Sakinlərin sözlərinə görə, təcili tibbi yardım briqadası hadisə yerinə gəldikdə xəstəni mənzildən çıxarmaq mümkün olmur. Liftlərin olmaması səbəbindən tibb işçiləri xəstəni pilləkənlərlə aşağı endirməyə məcbur qalırlar ki, bu da həm xəstənin həyatı, həm də tibbi personal üçün böyük riskdir.
 
Bundan başqa, binada havalandırma sistemi yoxdur, yanğın təhlükəsizliyi tələbləri isə kobud şəkildə pozulub.Sakinlər qeyd edirlər ki, məhz sadalanan problemlər səbəbindən bina 2005-ci ildən 2019-cu ilədək dövlət komissiyasından keçməyib və rəsmi olaraq istismara qəbul olunmayıb. Yalnız Prezidentin 12 fevral 2019-cu il tarixli “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanından sonra bina müəyyən qüsurlar üzrə zəmanət aktı təqdim edilməklə istismara qəbul edilib.
 
Sakinlərin digər ciddi iddiası isə çıxarış məsələsi ilə bağlıdır.

Bildirilir ki, hər bir mənzil mülkiyyətçisindən çıxarışın alınması üçün 510 manat məbləğində məcburi “pay haqqı” tələb edilir. Bu məbləği ödəməyən sakinlər illərdir məhkəmələrdə və müxtəlif dövlət qurumlarında süründürülür. Nəticədə, artıq 20 ilə yaxındır ki, bir çox sakinlər mənzillərinə qeydiyyata düşə bilmirlər. Bu isə onların səsvermədə iştirak hüququndan məhrum olunmasına, poliklinika və xəstəxanalarda tibbi xidmət ala bilməməsinə, uşaqların məktəblərə və uşaq bağçalarına onlayn qeydiyyatının mümkünsüzlüyünə səbəb olur.


Şikayətdə maliyyə məsələlərinə də xüsusi yer ayrılıb. Sakinlər bildirir ki, 2005-ci ildən bu günədək toplanan vəsaitlər barədə heç bir rəsmi maliyyə hesabatı təqdim edilməyib. Rəsmi mühasibat uçotu aparılmır, ödənişlər isə santexniklər və fəhlələr vasitəsilə nağd şəkildə yığılır.

Aylıq ödənişlər mənzillər üçün hər kvadrat metrə 0,30 manat, qeyri-yaşayış sahələri üçün isə 0,50 manat təşkil edir.

Bu da aylıq olaraq yaşayış sahələri üzrə 10 519 manat, qeyri-yaşayış sahələri üzrə isə 10 660 manat olmaqla ümumilikdə 21 179 manat vəsaitin yığılması deməkdir. Buna baxmayaraq, binada nə abadlaşdırma, nə təmir, nə də yaşıllaşdırma işləri aparılır, avadanlıqlara texniki xidmət göstərilmir. Bundan əlavə, binanın parklanma yerləri sakinlərin razılığı olmadan qanunsuz şəkildə icarəyə verilir və bu məqsədlə aylıq 80–100 manat əlavə vəsait toplanır.
 
Sakinlər daha bir narahatlıq doğuran məqamı da diqqətə çatdırırlar. Bildirilir ki, binanın 3-cü mərtəbəsində naməlum məqsədlərlə konstruksiya quraşdırma işləri aparılıb. Bununla bağlı aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib. Qurum tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə işlərin dayandırılması ilə bağlı məktub göndərilsə də, indiyədək söküntü aparılmayıb.
 
Eyni zamanda, binanın həyətindəki parklanma sahəsinin uşaq bağçasına verildiyi, ərazidə bağçaya aid oyun qurğularının quraşdırıldığı bildirilir.

Bu məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilsə də, sakinlərin şikayətləri cavabsız qalıb.
 
Məsələ ilə bağlı qarşı tərəfin rəyi öyrənilib. “Nəsimi 45” MMC-nin sədri Gülnarə Cəbrayılova sualları dinləsə də, cavab olaraq “gözləyin, sizinlə hüquqşünasımız danışacaq” dedi. Lakin hüquqşünas kimi təqdim olunan şəxs telefonu götürdükdən sonra “biz Musavat.com-a heç bir açıqlama vermirik” deyərək telefonu söndürdü.
 
Nəsimi Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamaq cəhdləri cavabsız qaldı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

End of content

No more pages to load

RADİO