Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlanıb. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova bildirib ki, mühafizə zonaları ərazisində, yüksək təzyiqli qaz xətlərinin, dəmir yolu ərazisində tikilən tikililərin sənədləşdirilməsi qanunla mümkün deyil.
Maraqlıdır, həmin ərazilərdə illərdir məskunlaşmış şəxslərin taleyi necə olacaq?

Bizim.Media xəbər verir ki, bu barədə Globalinfo.az-a əmlak məsələləri üzrə ekspert Elnur Azadov danışıb. 

O deyib ki, 2023-cü ilin yanvarında Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti gələcəkdə qanunsuz tikililərin leqallaşdırılması məqsədilə vahid portalın yaradılacağını elan edib:

“Həmin portal vasitəsilə qanunsuz tikililərin qeydiyyatı aparılacaqdı. Lakin üç il keçməsinə baxmayaraq, bu sahədə müvafiq hüquqi-normativ baza formalaşdırılmayıb. Hazırda mövcud olan yeganə mexanizm daşınmaz əmlakın dövlət reyestri ilə bağlı 2015-ci il tarixli 439 nömrəli fərmandır. Həmin fərmanla daşınmaz əmlak xidmətlərinin siyahısı genişləndirilib və bu çərçivədə təxminən 700 minə yaxın qanunsuz tikilinin yalnız 100 minə qədərinə şamil olunan hallar nəzərdə tutulub. Bu da əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş bəzi sərəncamların və ilkin sənədlərin tanınması ilə bağlıdır. Halbuki ölkədə qanunsuz tikililər müxtəlif dövrlərdə və fərqli sənədlər əsasında inşa edilib”.

Ekspert bildirib ki, hazırda heç bir sənədi olmayan əmlakların sayı çoxdur:

“Belə tikililərin əksəriyyəti Bakı və Abşeron ərazisində yerləşir. Elə əmlaklar da var ki, gələcəkdə leqallaşdırılması mümkün deyil. Xüsusi mühafizə olunan zolaqlarda, kommunikasiya xətlərinin, magistral və dəmir yollarının 60 metrliyində, meşə zolaqlarında, çay və göl kənarlarında, eləcə də qanunla icazə verilməyən digər ərazilərdə tikilən evlər bu kateqoriyaya daxildir ki, onların leqallaşması mümkün olmayacaq. 
 

Buna baxmayaraq, bu tikililərin əksəriyyətində elektrik xətti mövcuddur və onlar abonent kimi qeydiyyata alınıb. Qaz və kanalizasiya xətlərinin olmadığı hallar mövcud olsa da, elektrik təminatının yaxın dövrdə dayandırılması ehtimalı azdır. Lakin zamanla bu problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülə bilər. 


Praktikada bunun nümunələri də var. Məsələn, təxminən bir il əvvəl Nərimanov rayonu Keşlə qəsəbəsində yüzdən artıq fərdi evin sökülməsi ilə bağlı qərar qəbul edildi, sakinlərin köçürüldü və həmin evlər söküldü. Bu proses zamanı sakinlərə hər hansı kompensasiya ödənilmədi. Bu da bir daha göstərir ki, qanunsuz tikililərin rəsmiləşdirilməsi üçün hüquqi əsas mövcud deyil”.

E.Azadovun sözlərinə görə, bu cür əmlaklar üçün yeganə çıxış yolu məhkəmə mexanizmi hesab oluna bilər:

“Mühafizə zolaqlarına düşən və qanunla icazə verilməyən ərazilərdə tikilmiş evlərin leqallaşdırılması üçün heç bir hüquqi normativ əsas yoxdur. Bu cür əmlaklarda yaşamaq həm risklidir, həm hüquqi baxımdan tənzimlənmir, həm də istənilən vaxt sökülmə ehtimalı mövcuddur. Belə hallarda dövlət tərəfindən kompensasiya ödənilməsi də nəzərdə tutulmur və bu, birmənalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

End of content

No more pages to load

RADİO