Türkiyə Super Liqasında XX turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, günün ilk matçında “Gənclərbirliyi” doğma meydanda “Qaziantepspor”u qəbul edib.
Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər oyununda lider “Qalatasaray” öz azarkeşləri önündə “Kayserispor”la üz-üzə gəlib. İstanbul təmsilçisi rəqibini 4 cavabsız qolla darmadağın edib.
Bizim.Media