"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - VİDEO

Paytaxtın Nizami rayonu, Şirin Mirzəyev küçəsində yaşayan sakinlər artıq 10 ildən çoxdur ki, "Vesta Construction" tikinti şirkətinin fəaliyyəti ucbatından evlərindən didərgin düşüblər.

Bizim.Media xəbər verir ki, 2016-cı ildə Nizami Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə pilot layihə çərçivəsində Şirin Mirzəyev küçəsində yerləşən qəzalı binaların sökülərək yerində yeni yaşayış binasının inşa edilməsi qərara alınıb.
 

Layihənin icrası isə "Vesta Construction" MMC-yə həvalə olunub. Lakin sakinlərin iddialarına görə, məhz bu tikinti şirkəti onların başına ciddi problemlər açıb. Belə ki, Mənzil-Tikinti Kooperativi nə vətəndaşlara yeni mənzilləri təhvil verib, nə də öhdəliklərini yerinə yetirib. Əksinə, həmin mənzillərin başqa şəxslərə satıldığı məlum olub. Üstəlik, söhbət bir və ya iki yox, ümumilikdə 50 nəfərə satılan mənzillərdən gedir.


"Pilot layihəsi adı ilə evimizi sökdülər. 10 il ərzində binanı təhvil vermirlər. İcraya gedib-gəlirik, bizə boş-boş vədlər verirlər, ancaq ortada bir şey yoxdur. Təzəcə bilmişik ki, bir evi üç-dörd nəfərə satıblar", - şikayətçi deyib.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, "Vesta Construction" MMC tərəfindən köçürülən sakinlərlə, eləcə də sonradan şəxsi vəsaiti hesabına yaşayış kompleksindən mənzil alan vətəndaşlarla bağlanan müqavilələrdən irəli gələn öhdəliklər D bloku üzrə yerinə yetirilməyib:
 

"Bununla bağlı vətəndaşlar dəfələrlə Nizami Rayon İcra Hakimiyyətində qəbul ediliblər. Vətəndaşların müraciətləri əsasında MMC rəhbərliyi dəfələrlə icra hakimiyyətinə dəvət olunaraq yaranmış narazılıqlarla bağlı xəbərdar edilib, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması barədə tapşırıqlar verilib. Lakin göstərilən məsələlərin həlli tam təmin edilməyib.


Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və bir mənzilin müxtəlif şəxslərə satılması faktları üzrə zərərçəkmiş vətəndaşların kollektiv müraciəti əsasında Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Bundan başqa, son bir ay ərzində rayon icra hakimiyyətinin təşəbbüsü ilə MMC tərəfindən kirayə haqlarının ödənilməsi də təmin edilib".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

Kadi 3 ay sonra meydana qayıtdı - VİDEO

Kadi 3 ay sonra meydana qayıtdı - VİDEO

Bu məşhurlar haqda saxlanılma qərarı çıxarıldı

Bu məşhurlar haqda saxlanılma qərarı çıxarıldı

"Qarabağ"dan daha bir qələbə - VİDEO

"Qarabağ"dan daha bir qələbə - VİDEO

Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

ABŞ İran savaşı üçün öncə bu addımı atır

ABŞ İran savaşı üçün öncə bu addımı atır

“Qarabağ”ın oyunçusuna qarşı sərt oynadı, hakim “qırmızı” vermədi - VİDEO

“Qarabağ”ın oyunçusuna qarşı sərt oynadı, hakim “qırmızı” vermədi - VİDEO

"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - VİDEO

"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - VİDEO

İran gizli şəkildə nüvə obyektlərini yenidən qurur? - FOTOFAKT

İran gizli şəkildə nüvə obyektlərini yenidən qurur? - FOTOFAKT

"Real Madrid" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

"Real Madrid" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi - 15 ölü, 7 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi - 15 ölü, 7 yaralı var - FOTO

ABŞ-da saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı

ABŞ-da saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı

Qurban Qurbanov hakimin qərarına əsəbiləşdi - VİDEO

Qurban Qurbanov hakimin qərarına əsəbiləşdi - VİDEO

Azərbaycanda 67 yaşlı general evləndi – Özündən 35 yaş kiçik xanımla

Azərbaycanda 67 yaşlı general evləndi – Özündən 35 yaş kiçik xanımla

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi - VİDEO

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi - VİDEO

Bella Hadidin keçmiş sevgilisi həbs edildi

Bella Hadidin keçmiş sevgilisi həbs edildi

Pezeşkianın ofisi o SİYAHINI YAYDI - 2986 nəfərin adı var...

Pezeşkianın ofisi o SİYAHINI YAYDI - 2986 nəfərin adı var...

Sinem Kobal 226 dostunu sildi

Sinem Kobal 226 dostunu sildi

İsmayıllıda güclü külək fəsadlar törətdi - FOTO/VİDEO

İsmayıllıda güclü külək fəsadlar törətdi - FOTO/VİDEO

SON DƏQİQƏ: İran ABŞ gəmilərinin üzərinə PUA GÖNDƏRDİ

SON DƏQİQƏ: İran ABŞ gəmilərinin üzərinə PUA GÖNDƏRDİ

Bakıda “Mercedes” avtomobili yandı

Bakıda “Mercedes” avtomobili yandı

End of content

No more pages to load

RADİO