Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində kənd sakini şəxsi münasibətlər zəminində qardaşı uşaqlarına hücum edib.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi
Nəticədə 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Məlumata görə, onların vəziyyəti ağırdır.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin bir müddət əvvəl Dağıstandan qayıtdığı və əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu