Gəncədə yol nəqliyyat hadisəsi xəsarətlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.
Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı 2008-ci il təvəllüdlü Seymur Əsədov və 2004-cü il təvəllüdlü Hüseyn Şərifov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu