Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
Bizim.Media