Xəbər verdiyimiz kimi ər həyat yoldaşına balta ilə xəsarət yetirib. Qanla nəticələnən ailə münaqişəsi Ağdamın Mahrızlı kəndində baş verib.
Bizim.Media xəbər verir ki, xəsarət alanın qayınanası Hafizə Salahova hadisə ilə bağlı danışıb.
“Gəlinimin günahı yoxdur. Oğlum qazandıqlarımızı burnumuzdan gətirdi. Bir ömür həbsxanada sürünsün, balaları yazıqdır”, – o söyləyib.
Qeyd edək ki, zərərçəkən Gülzəndə Salahova yanvarın 31-də Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan verilən məlumata görə, ona qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış və kəsilmiş yaraları diaqnozu qoyulub. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir və müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ceyhun Salahov saxlanılıb.
Vurğulayaq ki, Ceyhun Salahov daha əvvəl məhkumluq həyatı yaşayıb və 12 yanvar tarixində azadlığa buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı BakuTV-nin süjetində:
Bizim.Media