Azərbaycan tibb tarixində YENİ SƏHİFƏ: İlk ürək transplantasiyası - FOTO

“Transplantasiya əməliyyatı texniki, cərrahi əməliyyat olmaqla bərabər, həm də kompleks prosesdir. Dünyanın hər yerində bu, çox bahalı, yüksək maliyyə tələb edən əməliyyatdır.

Əməliyyatların vətəndaşlarımız üçün əlçatan olması üçün, əlbəttə, sığorta sistemi tərəfindən bu məsələnin dəstəklənməsi vacib şərtdir. Sevindirici haldır ki, artıq son illərdə ölkəmizdə dövlət rəhbərliyinin sosial sahəyə diqqət və qayğısı nəticəsində icbari tibbi sığorta tətbiq olunur və bu əməliyyatlar icbari tibbi sığorta hesabına icra olunur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı bildirib.

O qeyd edib ki, Qafqazda ilk ürək transplantasiyası Azərbaycan səhiyyəsinin tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin bu sahədə regional liderliyini bir daha təsdiqləyir.

K. Musayev əlavə edib ki, ötən il Azərbaycan səhiyyə tarixi üçün unudulmaz hadisələrlə yadda qalıb və uzun illər ərzində ölkəmizin səhiyyə salnaməsində öz tarixi əhəmiyyətini qoruyub saxlayacaq: “2025-ci ildə ölkəmizdə ilk dəfə beyin ölümü qeydə alınmış donordan orqan transplantasiyası həyata keçirilib. Sevindirici haldır ki, biz ürək cərrahları olaraq bu tarixi prosesə qoşulduq və ötən ildə iki uğurlu ürək transplantasiyası icra etdik. Bu əməliyyatlar Azərbaycanın Qafqaz regionunda donor orqandan ürək transplantasiyası sahəsində lider mövqeyini təsdiqlədi və region üçün bir ilk kimi tarixə düşdü”.



Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov isə çıxışında bildirib ki, ötən il Qafqazda və Azərbaycanda ilk dəfə uğurla həyata keçirilən ürək transplantasiyası əməliyyatından sonra ölkədə donor olmaq istəyənlərin sayı artıb: “Bunların arasında Milli Məclisin deputatları da var. Həm Kamran Musayevin rəhbərlik etdiyi komanda, həm də meyitdən orqan götürən komanda öz işində çox peşəkardır. Bizim hər birimiz gərək insanların donor olmasının təbliğatçısına çevrilək. Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan insan sayı çoxdur. Burada əsas məsələ donorun tapılmasıdır”.



Səhiyyə nazirinin müavini Nadir Zeynalov da tədbirdə çıxış edərək qeyd edib ki, meyitdən orqanların köçürülməsi üçün müəyyən ardıcıl işlər görülüb: “Orqanların transplantasiyası ilə bağlı qanunun qəbul edilməsi hüquqi bazanı gücləndirdi. Bizim həkimlər beyin ölümü diaqnozunu qoymaqda çətinlik çəkirdilər. Bu istiqamətdə nazirlik tərəfindən böyük işlər görüldü.

Artıq 2024-cü ildən etibarən beyin ölümü diaqnozu qoyulmağa başlanıb. İlk praktikamız beyin ölümü olan ailələrlə danışmaq oldu. Həmin ailələrlə orqanların götürülməsi üçün danışıqlar aparmaq istəyirdik ki, reaksiyalarını öyrənək. Bu istiqamətdə müxtəlif maarifləndirmə işləri aparıldı. Maarifləndirmə işlərində qeyd olunurdu ki, meyitdən orqan verməklə başqalarının həyatını xilas etmək mümkündür”.

N. Zeynalov əlavə edib ki, ilk meyitdən orqanın köçürülməsi ilə ölkəmizdə donor orqanlarının transplantasiyası növbəti mərhələyə keçib: “Bu proses icra olunanda biz düşündük ki, 2025-ci ildə yəqin ki, 1 transplantasiya olar. Amma gördük ki, say çoxdur və transplantasiyalar var. Bu o deməkdir ki, həm cəmiyyət düzgün maariflənib, həm də həkimlərimiz prosesi düzgün qavrayıblar. Ötən ilin oktyabr ayında beyin ölümü baş verən pasiyentlər arasında meyitdən ürəyin köçürülməsi məsələsi nəzərdən keçirildi”.

N.Zeynalov vurğulayıb ki, ürəyin köçürülməsində psixoloji və tibbi risk var: “Ürəyin köçürülməsi insanın psixologiyası üçün möcüzəvi bir hal kimi görünürdü, baryer təsiri bağışlayırdı. Həmçinin digər tibbi risklər diqqətimizdə idi”.

Nazir müavini əlavə edib ki, müxtəlif orqanların köçürülməsini gözləyən pasiyentlər mövcuddur: “Buna görə də transplantasiya əməliyyatlarının sayının və əlçatanlığının artırılması qarşımızda duran məqsədlərdir. Çox güman gələcəkdə transplantasiya əməliyyatlarına ehtiyac olmayacaq. Tibbin inkişafı bunu deməyə imkan verir. Amma bu, çox uzaq gələcəkdir. Ona görə də qarşımızda transplantasiya xidmətlərinin keyfiyyətini və sayını artırmaq istəyirik”.



Orqan Donorluğu va Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova qeyd edib ki, hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var. Ümumilikdə 4642 şəxs dializdədir: “Həmin şəxslərin donor ola biləcək insanlara ehtiyacı var. Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib”.



Tədbirdə ilk ürək transplantasiyası əməliyyatı keçirmiş pasiyent Rəşad Məmmədəliyev də iştirak edib və əməliyyatdan sonrakı vəziyyəti ilə bağlı danışıb: “Əməliyyatdan öncə təngnəfəsliyim var idi, indi hər şey çox yaxşıdır. Əməliyyat etdirməyə qorxsam da, həkimimə inamım var idi”.

O qeyd edib ki, əvvəl hərəkət etməkdə çətinlik çəksə də, indi rahat hərəkət edir: “Artıq əməliyyatdan dörd ay keçib. Bir neçə dərman qəbul edirəm. Bəzisi ömürlük, bəziləri müddətlidir. Əməliyyat müddəti 5–6 saat olub. Donor ailəsinə, üzərimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Transplantasiyanın mənə hər hansı psixoloji təsiri olmadı”.



Dəyirmi masada aidiyyəti qurumların və səhiyyə mütəxəssislərinin iştirakı ilə ilk transplantasiya əməliyyatının elmi-praktiki əhəmiyyəti və gələcək perspektivləri müzakirə edilib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO