Ağdam rayonunun Mahrızlı kəndində ailə münaqişəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Salahov Ceyhun Ağali oğlu ilə həyat yoldaşı Salahova Gülzəndə Abbas qızı arasında yaranan mübahisə zamanı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alan şəxs təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu