Ağdamda "Pickup" avtomobilinin yoldan çıxaraq aşması nəticəsində iki nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “Toyota” markalı avtomobilin iştirakı ilə qeydə alınan hadisə rayonun Evoğlu kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı 1993-cü il təvəllüdlü Qurbanzadə Əliheydər və 1977-ci il təvəllüdlü Mustafayev Toğrul müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.