Xəbər verdiyimiz kimi, bu gün YPX əməkdaşları tərəfindən kənar dairəvi yolda Səid adlı 8 yaşlı uşaq tapılıb. O, anasından küsdüyü üçün evdən qaçdığını və yolunu azdığını söyləyib.
Bununla bağlı video yayıldıqdan qısa müddət sonra azyaşlının valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.
Bizim.Media xəbər verir ki, 8 yaşlı Səidin anası Gülçöhrə Hacıyeva “qafqazinfo.az”a açıqlama verib.
O bildirib ki, onun küsməsinə səbəb küçədə uşaqlarla dalaşması olub:
“Oğlum uşaqlarla birgə küçədə oynayırdı. Top üstündə dalaşırdılar. Mən də acıqlanıb topu əlindən aldım. Sonra baxdım ki, yoxdur. Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı?! 1 saat onu axtarmışam. Yəni ciddi bir şey olmayıb”.
Bizim.Media