Saxta CƏRRAHLARIN ardınca saxta HÜQUQŞÜNASLAR - Özümüzü onlardan necə qorumalıyıq?

Son vaxtlar saxta cərrahlarla yanaşı, saxta hüquqşünasların da sayı artıb. Təssüf ki, onların toruna düşən, aldadılan vətəndaşlarımız var. TikTok-da izləyiciləri aldatmaqla məşhurlaşan saxta hüquqşünaslar ortaya çıxıb. Son nümunə isə Səbiyyə Panəliyeva olub. O, 145 zərərçəkmişin ümumilikdə 449 916 manatını dələduzluq yolu ilə ələ keçirib. Daxili İşlər Nazirliyindən bildirilib ki, Panəliyeva Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə həbs olunub. İstintaq zamanı vurulan ziyanın 381 529 manatı artıq ödənilib, cinayət işinin ibtidai istintaqı isə davam etdirilir.

Bu cür dələduzluq halları artarkən saxta hüquqşünasın qurbanı olmamaq üçün nə etməliyik? Həqiqi hüquqşünasın hansı rəsmi sənədləri olmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirir ki, əgər vətəndaşların məhkəmədə təmsilçilik xidmətinə ehtiyacı varsa, onlar mütləq şəkildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlərinə müraciət etməlidirlər:

“Hüquq prosesi ilə bağlı konsultasiya və ya sənədlərin tərtibatında istənilən hüquqşünasdan istifadə edə bilərlər. Amma məhkəmələrdə mütləq şəkildə şəxsin təmsilçiliyi Vəkillər Kollegiyasının üzvü olan bir vəkil tərəfindən həyata keçirilməlidir. Şəxsin real hüquqşünas olub olmadığını bilmək üçün ondan vəkil vəsiqəsinin nömrəsini və ya adı, soyadı və atasının adını soruşa bilərlər. Bu məlumatlar əsasında internet resurslarından şəxsin Vəkillər Kollegiyasına üzv olub olmamasını dəqiqləşdirə bilərlər.
 

Eyni zamanda, vəkillərin reyestrində bu şəxs barədə məlumat aşkar olunmadıqda, bununla bağlı Vəkillər Kollegiyasının şəhər nömrələri ilə əlaqə saxlayaraq vəkil adından qanunsuz istifadə edən şəxsin məlumatlarını və əlaqə nömrələrini bildirə bilərlər. Bu halda şəxs Azərbaycan Respiblikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunması təmin ediləcək”.


Hüquqşünas qeyd edir ki, əgər vətəndaş dələduzluq edən şəxsin yalnız konsultasiyasından istifadə edibsə belə, məhkəmədə təmsilçilik xidmətindən istifadə etmədiyinə görə pulunu geri tələb edə bilər:

“Bu məsələ ilə bağlı bəzən Vəkillər Kollegiyası tərəfindən vətəndaşların ehtiyatlı olması təbliğ olunur. Vətəndaş aldadıldıqdan sonra dərhal hüquq-mühafizə orqanlarına müraciət edərsə, dələduzluq barədə araşdırma aparılacaq və onun pozulmuş hüquqları bərpa olunacaq. Unutmayaq ki, Kollegiya üzvlərinin əksəriyyəti yazılı, şifahi və müsahibə və icbari təlim mərhələlərini keçdikdən sonra vəkil olurlar. Konstitusiyamıza görə, Vəkillər Kollegiyasının üzvləri bu proseslərdən sonra keyfiyyətli hüquqi yardımla məşğul ola bilirlər”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Bakının ən bahalı küçəsi bəlli oldu

Bakının ən bahalı küçəsi bəlli oldu

Həbsdə olsa da milyonlar qazanır

Həbsdə olsa da milyonlar qazanır

Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finala yüksəldi – VİDEO

Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finala yüksəldi – VİDEO

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Aİ-95 benzin BAHALAŞACAQ?

Aİ-95 benzin BAHALAŞACAQ?

Alman evlərində niyə mətbəx olmur?

Alman evlərində niyə mətbəx olmur?

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Ağdamda QƏZA: Xəsarət alanlar var

Ağdamda QƏZA: Xəsarət alanlar var

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

Gürcüstanda matəm ELAN EDİLDİ

Gürcüstanda matəm ELAN EDİLDİ

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

End of content

No more pages to load

RADİO