Azərbaycana külli miqdarda dərman və siqaret gətirən gömrükçülərin məhkəməsi BAŞLADI

Külli miqdarda rüşvət alma, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərdə təqsirləndirilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Rezayan Jafar Rafıenin məhkəməsi başlayıb.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barədə olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət veriblər, lakin vəsatətlər təmin edilməyib.
 

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Proses fevralın 13-nə təyin edilib.


Qeyd edək ki, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Rezayan Jafar Rafıe oğlu ilə cinayət əlaqəsinə girərək öz qulluq mövqelərindən istifadə etməklə aldıqları külli miqdarda rüşvət müqabilində Jafar Rezayanın İranda əldə edib istifadəsində olan sərnişin avtobusunun yük yerində saxladığı ümumilikdə 410 min manat dəyərində tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələri və Azərbaycana məxsus aksiz markası markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradaraq ölkəyə keçirilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində həbs qətimkan, Jafar Rezayan barəsində isə digər qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

Azərbaycan nefti daha da BAHALAŞDI

Azərbaycan nefti daha da BAHALAŞDI

Bu ölkədə balıq yemək qadağan edildi

Bu ölkədə balıq yemək qadağan edildi

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Çak Norris xəstəxanaya YERLƏŞDİRİLDİ

Çak Norris xəstəxanaya YERLƏŞDİRİLDİ

Neft bahalaşması ölkəmizə nə qədər əlavə qazanc gətirdi?

Neft bahalaşması ölkəmizə nə qədər əlavə qazanc gətirdi?

Dolma bişirərkən suyuna nə əlavə edilməlidir?

Dolma bişirərkən suyuna nə əlavə edilməlidir?

Gəncədə İNSİDENT – Özündən 12 yaş böyük şəxsi bıçaqlayan gənc SAXLANILDI

Gəncədə İNSİDENT – Özündən 12 yaş böyük şəxsi bıçaqlayan gənc SAXLANILDI

Novruz gülüşləri – Paytaxt sakinləri ən yaddaqalan Novruz xatirələrindən danışdı – VİDEOSORĞU

Novruz gülüşləri – Paytaxt sakinləri ən yaddaqalan Novruz xatirələrindən danışdı – VİDEOSORĞU

İsmayıllıda AĞIR QƏZA – Ölən və yaralılar var – FOTO

İsmayıllıda AĞIR QƏZA – Ölən və yaralılar var – FOTO

Sular çəkildi, 2400 illik bir sirr ortaya çıxdı

Sular çəkildi, 2400 illik bir sirr ortaya çıxdı

Bakıda bayram namazı qılındı – FOTO/VİDEO

Bakıda bayram namazı qılındı – FOTO/VİDEO

ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır - Səfirlik məlumat yaydı

ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır - Səfirlik məlumat yaydı

Azərbaycanda Novruz bayramı ilə bağlı ənənə dəyişdi – SƏBƏB

Azərbaycanda Novruz bayramı ilə bağlı ənənə dəyişdi – SƏBƏB

End of content

No more pages to load

RADİO