Bir qaşıq balın möcüzəvi FAYDALARI

Qışın gəlişi ilə alimlər balın hansı faydalı xüsusiyyətlərə malik olduğunu bir daha xatırlatmaq qərarına gəliblər.

Bizim.Media xəbər verir ki, bir çox insan balı şəkər əvəzi kimi istifadə edir, lakin bu məhsulun nə qədər faydalı olduğunun fərqində olmur. Bu barədə “Huffington Post” yazıb.

Öskürəyə kömək edir

Tədqiqatlar zamanı alimlər soyuqdəymə olan 100 uşaq üzərində eksperiment aparıblar. Kiçik pasiyentlərin üçdə birinə yatmazdan əvvəl müalicə məqsədilə qarabaşaq balı verilib, üçdə birinə öskürək siropu, qalanlarına isə heç bir dərman verilməyib. Valideynlərin sözlərinə görə, bal qəbul edən uşaqlar gecə daha yaxşı yatıb və daha az öskürüblər. Balın istifadəsi dərmanların qəbulunu istisna etmir, lakin sağalmanı sürətləndirə bilər.

Yaraları sağaldır

Balın yara sağaldıcı təsiri haqqında hələ e.ə. 2100–2000-ci illərə aid mənbələrdə məlumat verilir. Müasir tibb də balın dezinfeksiyaedici və sağaldıcı xüsusiyyətlərini yaxşı tanıyır. O, yanıqdan sonra dərinin daha tez bərpasına və yaraların sağalmasına kömək edən maz və kremlərin hazırlanmasında istifadə olunur.

Kəpəkdən xilas edir

Araşdırmalara görə, alimlər seboreya səbəbindən yaranan kəpəyin müalicəsində yaxşı nəticələr əldə ediblər. Onlar balı ilıq suda həll edib bir neçə həftə ərzində xəstələrin saçlarını bu məhlulla yaxalayıblar. Bir çoxunda qaşınma, kəpək və qızartı azalıb.

Enerji verir

Balı “düzgün” şəkərlər və karbohidratlar mənbəyi adlandırmaq olar. O, sizə enerji verəcək və (əlbəttə ki, balı kilo-kilo yeməsəniz) kalori piy halında bədəninizdə yığılmayacaq. Alimlər idmandan əvvəl bir qaşıq bal yeməyi tövsiyə edirlər.

Bütün faydalı xüsusiyyətlərinə baxmayaraq, bal arı məhsullarına allergiyası olan insanlar tərəfindən istifadə edilməməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Ev sahibi olmaq istəyənlər üçün əla fürsət - "Kristal"ın satış ofisləri bayramda da işləyir! - FOTO

Ev sahibi olmaq istəyənlər üçün əla fürsət - "Kristal"ın satış ofisləri bayramda da işləyir! - FOTO

Paytaxtdan bölgələrə sərnişin daşımalarında REKORD

Paytaxtdan bölgələrə sərnişin daşımalarında REKORD

SEPAH İran müxalifətinə qarşı hərəkətə keçdi: Xəbərdarlıq SMS-ləri göndərilir

SEPAH İran müxalifətinə qarşı hərəkətə keçdi: Xəbərdarlıq SMS-ləri göndərilir

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara əsəbiləşdi

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara əsəbiləşdi

Pakistan-Əfqanıstan müharibəsi daha da ALOVLANDI – Tarixi köklər və mümkün ssenarilər – ÖZƏL

Pakistan-Əfqanıstan müharibəsi daha da ALOVLANDI – Tarixi köklər və mümkün ssenarilər – ÖZƏL

Qəzaya uğrayan AZAL təyyarəsinin istintaqı ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəzaya uğrayan AZAL təyyarəsinin istintaqı ilə bağlı RƏSMİ AÇIQLAMA

"Dəmir Qübbə"ni idarə edən zabit İrana casusluq edirmiş... – DETALLAR

"Dəmir Qübbə"ni idarə edən zabit İrana casusluq edirmiş... – DETALLAR

“Labubu”nun filmi ÇƏKİLİR

“Labubu”nun filmi ÇƏKİLİR

Kəşfiyyat nazirinin öldürülməsinə Müctəba Xameneidən REAKSİYA

Kəşfiyyat nazirinin öldürülməsinə Müctəba Xameneidən REAKSİYA

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

Diabetdən qorunmağın ən sadə YOLU

Diabetdən qorunmağın ən sadə YOLU

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

3 bürc üçün böyük pullar gələcək

3 bürc üçün böyük pullar gələcək

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

End of content

No more pages to load

RADİO