Son günlər qarın intensiv əriməsi çay və arxlarda suyun həcminin artmasına səbəb olub. Cəlilabad rayonunun ərazisindən axan Mişarçayda da suyun səviyyəsi kritik həddə yaxınlaşıb.
Bizim.Media xəbər verir ki, çayın üzərində yerləşən 4 su anbarı və 2 su yığıcı hazırda tam dolu vəziyyətdədir. Bu səbəbdən anbarlara daxil olan artıq sular nəzarətli şəkildə çayın yatağına buraxılır.
Hazırda ehtimal olunan subasma hallarının qarşısını almaq məqsədilə aidiyyəti qurumlar tərəfindən çıxış şlüzlərinin böyük hissəsi aktiv vəziyyətə gətirilib və vəziyyət daim nəzarətdə saxlanılır.
Qeyd edək ki, son illərdə Mişarçayda suyun səviyyəsində ciddi azalma müşahidə olunurdu.

Bizim.Media