Salyan rayonunda avtomobil qəzası olub.
Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, BMW və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində hələlik şəxsiyyəti dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media