Perinatal Mərkəzdəki yanğınla bağlı SENSASİON İDDİA – “Klinki Tibbi Mərkəzdə körpələrə yardım göstərilməyib”

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
 

MÖVZU İLƏ BAĞLI: 7 körpənin öldüyü Perinatal Mərkəz 350 manat CƏRİMƏLƏNDİ


Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib.

Vəkil bildirib ki, məhkəmə tərkibi dəyişsə də, proses yenidən başlamayıb: “İşə yenidən baxılmalıdır".

Digər vəkillər vəsatəti müdafiə edib. Vəsatət təmin edilməyib. Prosesə sədrlik edən hakim bildirib ki, məhkəmə bu məsələyə münasibətini bildirib.

Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib:

Vəkil hadisə baş verən zaman körpələrin başqa xəstəxanalara hospitalizasiyasını həyata keçirən tibb personalının məhkəməyə şahid qismində çağırılmasını istəyib.

Vəkil bildirib ki, körpələr Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər körpələrin yanına buraxılmayıb və onlara tibbi yardım göstərilməsinə icazə verilməyib, ona görə də körpələr ölüb. Zərərçəkmiş şəxsin hüquqi varisi vəkilin vəsatətinə münasibət bildirib.

O qeyd edib ki, Kliniki Tibbi Mərkəzə aparılan körpələr qəbul edilsə də, vəziyyətləri ağır olduğu üçün həkimlər onlara baxmayıb. Həmin körpələrə elə Perinatal Mərkəzin həkimləri baxıb. Kliniki Tibbi Mərkəz onlara yalnız yer və müalicə avadanlıqları verib.

Mehriban Abasquliyeva isə bildirib ki, körpələr Yeni Klinika ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin Perinatal Mərkəzin həkimləri Kliniki Tibbi Mərkəzə buraxılmayıb.

Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası 4 fevrala təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.


İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
 

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.


Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

"Paxıllıq etməyin, tez qocalarsınız"

"Paxıllıq etməyin, tez qocalarsınız"

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

Ən azad ruhlu və macərapərəst 5 BÜRC

Ən azad ruhlu və macərapərəst 5 BÜRC

AFFA-nın milliləşdirmək istədiyi futbolçu bu yığmanı SEÇDİ

AFFA-nın milliləşdirmək istədiyi futbolçu bu yığmanı SEÇDİ

Doğuşdan sonra ailə dəstəyi: analar üçün 6 vacib kömək yolu

Doğuşdan sonra ailə dəstəyi: analar üçün 6 vacib kömək yolu

Bəsic qüvvələrinin kəşfiyyat rəhbəri də öldürüldü – FOTO

Bəsic qüvvələrinin kəşfiyyat rəhbəri də öldürüldü – FOTO

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

Millimizin heyəti AÇIQLANDI

Millimizin heyəti AÇIQLANDI

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Ev sahibi olmaq istəyənlər üçün əla fürsət - "Kristal"ın satış ofisləri bayramda da işləyir! - FOTO

Ev sahibi olmaq istəyənlər üçün əla fürsət - "Kristal"ın satış ofisləri bayramda da işləyir! - FOTO

Paytaxtdan bölgələrə sərnişin daşımalarında REKORD

Paytaxtdan bölgələrə sərnişin daşımalarında REKORD

SEPAH İran müxalifətinə qarşı hərəkətə keçdi: Xəbərdarlıq SMS-ləri göndərilir

SEPAH İran müxalifətinə qarşı hərəkətə keçdi: Xəbərdarlıq SMS-ləri göndərilir

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara əsəbiləşdi

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara əsəbiləşdi

End of content

No more pages to load

RADİO