Azad edilən ərazilərdə yeni avtobuslar istismara veriləcək.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, həmçinin bu il Naxçıvan Muxtar Respublikasında yeni elektrik avtobusları xəttə buraxılacaq.
Bizim.Media