Uşaqlara ad verilməsi qaydasında dəyişiklik edilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında" yeni qanun layihəsində əks olunub.
Sənədə əsasən, uşağa ad Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq veriləcək.
Xatırladaq ki, Ailə Məcəlləsinin 53-cü maddəsində uşağa adın valideynlərin razılığı, ata adının atasının adına görə verildiyi qeyd edilib.
Qüvvədə olan "Uşaq hüquqları haqqında" qanuna görə, uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.
Günay Şahmar, Bizim.Media