Yanvarın 28-i paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar sabah saat 10:00-dan etibarən Stansiya Qala yaşayış massivinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bizim.Media