Moldovanın baş nazirinin müavini “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub - FOTO

Moldova Respublikasının baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Moldova tərəfindən həmsədri Andrey Spinu “Bakı KOB evi”ndə olub. 
 
Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov baş nazirin müavini Andrey Spinuya KOB evinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, KOB evi konsepsiyasının mahiyyəti sahibkarlara göstərilən xidmətləri vahid məkanda toplamaqla biznes subyektlərinin vaxtına və əməliyyat xərclərinə qənaət etməkdir. 2023-cü ilin yanvar ayında istifadəyə verilmiş “Bakı KOB evi”ndəki xidmətlərdən artıq 1200-dən çox sahibkar faydalanıb. 
 
Andrey Spinu “Bakı KOB evi”nin fəaliyyətindən məmnunluğunu ifadə edib, bunun sahibkarlara xidmət sahəsində əhəmiyyətli model olduğunu bildirib. 
 
Sonra Moldovanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib. Görüşdə KOBİA-nın Moldovanın müvafiq qurumları ilə sahibkarlıq sahəsində əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Hər iki ölkənin biznesləri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək təşəbbüslərin dəstəkləndiyi ifadə edilib, bu məqsədlə birgə platformanın yaradılması imkanları, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı, iş adamlarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 
 
Görüş Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenkonun iştirakı ilə keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

"Paxıllıq etməyin, tez qocalarsınız"

"Paxıllıq etməyin, tez qocalarsınız"

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

End of content

No more pages to load

RADİO