BİZİM TƏQVİM:28 yanvar tarixində baş vermiş mühüm hadisələr

1828-ci ilin bu günündə Çar Rusiyası Qacarlarla müharibənin (1826-1828) gedişində Cənubi Azərbaycanın Urmiya şəhərini işğal edib. Bunun ardınca general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları Ərdəbili də ələ keçiriblər. Fevralın 10-da İran Rusiya ilə təslimçi Türkmənçay sülh müqaviləsini imzalamağa məcbur olub.

Bəs, yanvarın 28-də dünyada daha hansı hadisələr baş verib?

1. 28 yanvar 1887-ci ildə Eyfel qülləsinin tikintisinə başlanıb.

2. 1920-ci ilin 28 yanvar tarixindә Misakı Milli Osmanlı Dövlәtinin Mebusan Mәclisi tәrәfindәn qәbul edilib. Әrzurum vә Sivas konqreslәrindә әsas xәtlәri müәyyәn edilәn  vә altı müddәadan ibarәt olan Misakı Milli Osmanlı Dövlәtinin parçalanmasının qarşısını almaq üçün  bir addımdı. Misakı Millinin elan edilmәsindәn sonra müttәfiqlәr bәzi millәt vәkillәrini Maltaya sürgün etdi vә istanbulu işğal etdi.

3. 28 yanvar 1923-cü ildə “İnqilab və mədəniyyət” jurnalının ilk nömrəsi Tağı Şahbazi Simurqun baş redaktorluğu ilə çapdan çıxıb. 1953-cü ildə “Azərbaycan” adlandırılan jurnal o vaxtadək müxtəlif adlarla nəşr olunub. Jurnala müxtəlif dövrlərdə Cəlil Məmmədquluzadə, Ruhulla Axundov, Mirzə İbrahimov, Məmməd Arif, Mehdi Hüseyn, Əli Vəliyev, İsmayıl Şıxlı, Cabir Novruz, Yusif Səmədoğlu və digər görkəmli ədəbiyyat xadimləri baş redaktorluq edib. Prezidentin Fərmanı ilə jurnal 1997-ci ildən dövlət büdcəsinin vəsaiti hesabına çap olunur.

4. 1958-ci ilin bu günündə Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak oldu.

5. 28 yanvar 1965-ci ildə Kanada bayrağının dizaynı parlament aktı ilə qəbul edildi.

6. 28 yanvar 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan ASALA tərəfindən qətlə yetirildi.

7. 28 yanvar 1986-cı ildə Göyərtəsində 7 astronavt olan "Challenger" kosmik gəmisinin startdan 73 saniyə sonra 14 km yüksəklikdə partlaması nəticəsində bütün heyət üzvləri həlak oldu.

8. 28 yanvar 1992-ci ildə  "Ağdam-Şuşa" marşrutu ilə uçan "Mİ-8" mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vuruldu, çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak oldu.

9. 28 yanvar 2002-ci ildə Ekvadorun TAME hava yolu şirkətinə aid Boeing 727-100 təyyarəsinin And dağlarına çırpılması nəticəsində 92 nəfər həlak oldu.

10. 2007-ci ilin 28 yanvar tarixindә İraqın Nәcәf şәhәrinә daxil olmaq istәyәn Amerika qüvvәlәri  ilә şiә qruplaşmalar arasında qarşıdurma olub. Hadisә nәticәsindә tәxminәn 300 nәfәr hәlak olub.

28 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 28 yanvar 1848-ci ildə şair, ədəbiyyatşünas, tarixçi, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradaği (1848 - 2.12.1929) Şuşada anadan olub. Rus şairi İvan Krılovun təmsillərinin dilimizə ilk tərcüməçisi olub. Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə azərbaycanlı şagirdlər üçün “Vətən dili” dərsliyini (1882) hazırlayıb.

2. 28 yanvar 1938-ci ildə kinooperator Zaur Məhərrəmov Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Gözlə məni” və s. filmlərin operatorudur.

3. 28 yanvar 1925-ci ildə şair, dramaturq Adil Babayev (1925 - 19.8.1977) anadan olub.

4. 28 yanvar 1944-cü ildə aktyor, Xalq artisti Məzahir Süleymanov Zərdab rayonunda anadan olub. 1972-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında işləyir. “Mənim ağ şəhərim”, “Yük”, “Cavid ömrü” filmlərində çəkilib.

5. 28 yanvar 1980-ci ildə Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın  Qaradağlı (20.8.1929 - 1980) vəfat edib.

6. 28 yanvar 1985-ci ildə SSRİ Xalq artisti, rejissor, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov (22.5.1918, Şuşa - 1985) vəfat edib. Akademik Milli Dram Teatrında rejissor işləyib. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya) çəkilib.

Surxay Atakişiyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

"Paxıllıq etməyin, tez qocalarsınız"

"Paxıllıq etməyin, tez qocalarsınız"

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

Rusiya bu hücuma görə İsrailə NOTA VERDİ

Ən azad ruhlu və macərapərəst 5 BÜRC

Ən azad ruhlu və macərapərəst 5 BÜRC

End of content

No more pages to load

RADİO