“2027-ci ildən uşaq onkologiyası ilə bağlı xidmətlərin xidmətlər zərfinə salınmasına və bunun tətbiqinə başlaya biləcəyimizə ümid edirik. Daha sonra böyüklərin bu xəstəliklə mübarizəsi icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulur. Mərhələli şəkildə biz bunu yaxın illər ərzində tam həll etməyi düşünürük”.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Okoloji xəstəliklərlə bağlı artıq bir iş başladılib. Belə ki, ötən ilin sonundan başlayaraq Səhiyyə Nazirliyi, TƏBİB , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında işçi qrupu yaradılıb. 2027-ci ildən etibarən uşaq onkologiyası ilə bağlı addımın atılması üçün 2026-cı il hazırlıq ilidir. Hansı tibbi protokoldan istifadə olunması, uşaqların yaşı və digər məsələlər müzakirə edilir. Bunların hamısı barədə işlər gedir. Bu, kompleks böyük bir işdir" , - deyə sədr bildirib.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media