Qeyri-formal məşğul əhali sığortalı qismində özləri çıxış edəcəklər.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflərə dair keçirilən üzrə mətbuat konfransında deyib.
O, bildirib ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı var və müvafiq qurumlar qaydaları təqdim etməlidirlər:
"Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin siyahısı təsdiqlənənədək, onlar sığorta xidmətlərindən istifadə etməyə davam edəcəklər".
Onun sözlərinə görə, sığorta haqqının hesablanmasında dəyişiklik olunub:
"Belə ki, qeyri - dövlət neft -qaz sektorunda çalışanlar üzrə 2500 manatadək gəlirə görə 2 faiz, 2500 manatdan yuxarı hissəyə görə isə 0.5 faiz sığorta haqqı tətbiq olunur. Əvvəl isə bu hədd 8000 manat idi".
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media