Ötən il göstərilən xidmətlərin dəyəri 306 milyon manatdan çox olub.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə bir nəfərə düşən sığorta məbləği 262 azn olub:
"2024-cü ildə isə bu rəqəm 195 AZN idi. Ötən il İTS haqqı ödənilən əhali sayı 2 milyon 263 min 437 nəfər olub. İşəgötürən, işçi və fiziki şəxslər tərəfindən ödənilən sığorta haqqları isə 705 173 092 manat olub".
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media