Gəncədə 17 yaşlı oğlan qəfil ölüb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü İsa Allahverdiyev huşsuz vəziyyətdə şəhərdəki xəstəxanaların birinə çatdırılıb.
Xəstəxanada müayinə zamanı onun öldüyü məlum olub.
İlkin məlumata görə, yeniyetmənin repetitor yanında olarkən halı pisləşib. Onun epilepsiya tutması keçirdiyi ehtimal olunur.
Bizim.Media