Şəmkirdə dərədən 56 yaşlı kişinin meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Zəyəm Cırdaxan kəndinin sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin meyiti yaşadığı evin yaxınlığında dərədən tapılıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu