Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
Bizim.Media xəbər verir ki, 1980-cı il təvəllüdlü Mənsimov Fizuli Hilal oğlu idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil ilə hərəkətdə olarkən yolu keçən piyada, 1981-ci il təvəllüdlü İsgəndərov Hikmət Qəhrəman oğlunu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (Report.az)
Bizim.Media