Samuxda 2017-ci il təvəllüdlü M.Əsgərov hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Bizim. Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 28 May küçəsində yerləşən binada baş verib.
Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu