"Dəvə qutabı" adı ilə müştərilər aldadılır - İDDİA

"Dəvə qutabı" Abşeron mətbəxinin ən məşhur təamlarından sayılır. Elə bu səbəbdəndir ki, son vaxtlar menyusuna dəvə qutabını daxil edən restoranların sayı artmaqda idi. Lakin qutabın həqiqətən dəvə ətindən hazırlanması tez-tez müzakirə mövzusu olub. Hətta ötən il 25 ildir dəvə saxlayan Maştağa sakini Firdovsi Axundov mətbuata açıqlamasında "restoran var ki, ildə bir dəfə dəvə əti alıb aparır, amma ilin bütün fəsillərində dəvə qutabı satır", - deyə bildirmişdi.

Ötən həftələrdə də müğənni Üzeyir Mehdizadə bildirdi ki, dəvə qutabı yemək üçün restorana gedib, amma ona adi ət qutabı verilib: "Mənə dedilər, adını dəvə qutabı qoymuşuq ki, gəlib yeyəsiniz. Yəqin ki, dəvə qutabı var, amma mən yeməmişəm".

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Dəvə qutabı dəvə ətindən hazırlanmayıb"

Məsələ AQTA-nın da diqqətindən yayınmayıb. Agentliyin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində növbəti reydlər aparıb. Yoxlama zamanı "Dostluq" restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb. Həmçinin "Santo Mare", "Duyğu", "Şərur", "Regnum" və "Oregano" restoranlarının menyularından "dəvə qutabı"nın çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. "Antalya" restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu məlum olub. Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin "dəvə qutabı" adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Yəni, yoxlamalar zamanı müəyyən edilib ki, təqdim olunan qutablar əslində dəvə ətindən deyil, digər növ ət məhsullarından hazırlanıb.

Dəvə əti ilə mal ətinin fərqi nədir?

Maraqlıdır, dəvə ətinin digər növ ət məhsullarından fərqi nədir?

Dəvə ətinin spesifik xüsusiyyətlərindən biri onun dadının şirin olmasıdır. Məhz bu səbəbdən iddia edilir ki, mal ətinə şəkər qatılıb dəvə əti kimi təqdim edilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssislərinin açıqladığı məlumata görə, dəvə ətinin tərkibi 66-79% su, 20-23% protein, 3.5-4.0% yağ, azotsuz ekstraktiv maddələr və digər bioloji aktiv maddələrdən təşkil olunub. Dəvə əti qidalılıq dəyərinə görə mal ətinə yaxın olsa da, tərkibində yağların, xüsusilə xolesterolun miqdarının nisbətən az olması ilə fərqlənir ki, bu da onun müsbət bioloji xüsusiyyəti kimi qiymətləndirilə bilər. Ətin konsistensiyası möhkəm və şirəli, rəngi tünd qırmızı və ya qəhvəyi-qırmızı çalarlı olub, pH dəyəri 5.7-6.0 arasında dəyişir.

"İstehsalçıdan baytarlıq şəhadətnaməsi tələb edilməlidir"

Qida eksperti Seymur Qafarov deyir ki, ictimai iaşə müəssisələrində əyləşən hər bir istehlakçının hüququdur ki, dəvə qutabı adı ilə təqdim olunan məhsulun həqiqətən də dəvə ətindən hazırlanıb-hazırlanmamasını öyrənsin: "Qanunun tələblərinə uyğun olaraq, heç bir istehsalçı istehlakçını aldatmamalıdır. Ət məhsullarının mənşəyi dəqiq şəkildə təqdim edilməlidir. Həmçinin müəssisələr məhsulun qəbulu zamanı baytarlıq şəhadətnamələri və arayışları əldə etməli, burada heyvanın mənşəyi və laborator analiz nəticələri, təhlükəsizlik parametrləri əks olunmalıdır. İstehlakçının hüququdur ki, dəvə qutabı adı ilə təqdim olunan məhsulun həqiqiliyini tələb etsin. Bunun üçün mütləq satışını həyata keçirən istehsalçıdan və ya müəssisədən baytarlıq şəhadətnaməsini tələb etməlidir. Bu sənəd vasitəsilə ətin mənşəyi haqqında dəqiq məlumat əldə etmək mümkündür".

Həmsöhbətimizin ictimai iaşə obyektlərində dəvə qutabını digərlərindən fərqləndirməyin yollarını da bölüşdü: "İstehlakçıların diqqət yetirməli olduğu əsas məqamlar bunlardır: əgər ətin özündə dəvə ətinə xas yağlılıq, spesifik rəng və bişdikdən sonra açıq rəng alma xüsusiyyəti yoxdursa və ya dəvəyə xas qoxu hiss olunmursa, bu, həmin ətin mal əti olduğunu göstərir. Bişmiş qutabın ətini laborator və fizioloji göstəricilərinə görə ayırd etmək mümkündür. Bişdikdən sonra ətin rəngi və qoxusu əsas indikatorlardır. Çiy halda isə ətlərin görüntüsü fərqlidir. Mal əti daha açıq çəhrayı, dəvə əti isə tünd rəngdə olur. Bişdikdən sonra isə dəvə əti açıq rəng alır. Bundan əlavə, ətin yağlılığı da fərqləndirici göstəricidir. İstehlakçı mal ətinə nisbətən dəvə ətinə xas olan yağlılıq və digər xüsusiyyətləri hiss edə bilər. Bu göstəricilər, həm vizual, həm də hissiyyatla məhsulun mənşəyini təyin etməkdə yardımçı olur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

End of content

No more pages to load

RADİO