Ağcabədidə heyvan satışı bazarı fəaliyyətə başladı - FOTO

Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisindəki heyvan satışı bazarı fəaliyyətə başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dövlət nəzarəti və təqdim etdiyi eskiz layihə əsasında yenidənqurma və abadlaşdırma işləri aparılan bazarda iri və xırdabuynuzlu heyvanların ticarəti təşkil edilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin sektor müdiri Ruslan Məmmədov AZƏRTAC-a bildirib ki, bazarın giriş və çıxışında dezbaryerlər qurulub, yem anbarı, baytarlıq nəzarətinin həyata keçirilməsi üçün məntəqə, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.

Bazarın ərazisinə asfalt-beton örtük salınıb, heyvanların satışı üçün çardaqlar qurulub. Bundan başqa heyvanların avtomobillərə yüklənib boşaldılması üçün rampalar, tullantıların atılması üçün xüsusi təmin edilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Heyvan bazarının baş nəzarətçisi Füzuli Allahverdiyev isə bildirib ki, təmir-bərpa işləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi layihəyə uyğun olaraq yüksək səviyyədə həyata keçirilib. Onun sözlərinə görə, həm heyvan satışı ilə məşğul olanlar, həm də alıcılar bazarda yaradılan yeni şəraitdən razıdırlar.

Bazarda heyvan satışı ilə məşğul olan Knyaz Məmmədov və alıcı Aydın Həmidov da yaradılan şəraiti müsbət qiymətləndiriblər. Bildiriblər ki, əvvəllər bazarda ciddi şəraitsizlik mövcud idi, xüsusilə yağışlı havalarda çətinliklər yaranırdı. İndi isə ərazidə səliqə-sahman yaradılıb, yer asfaltlanıb, çardaqlar tikilib və alqı-satqı prosesi daha rahat şəkildə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdədəki heyvan bazarları fəaliyyətə başlayıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

End of content

No more pages to load

RADİO