Qaradağ rayonu ərazisində yerləşən yarımtikililərin birindən 110 metr naqil və təmir-tikinti alətləri oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Əmirov və A.Bəbirov müəyyən olunaraq saxlanılıblar. Onların rayon ərazisində daha iki yarımtikilidən də oğurluq etdikləri müəyyən olunub.
Araşdırma aparılır.
Bizim.Media