Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “KİA” markalı minik avtomobili yolda qoşqulu traktora çırpılıb. Qəza baş verən anın şahidi olan “Qazel” markalı yük avtomobilinin sürücüsü isə idarəetməni itirdiyindən maşın əvvəlcə dəmir arakəsməyə, daha sonra yolun kənarına aşıb.
Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü, Goranboy sakini, 1994-cü il təvəllüdlü R. Gülməmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu