"Oğluma demişəm, səhnədə ölsəm, konsertə davam edin" - VİDEO

"Bütün cavanlara, ümidini kəsən insanlara mesajım olsun. Hamımız müsəlmanıq, Allahı sevir, ona inanırıq. Quranda gözəl bir ayə var: ümidini Allahdan kəsənlər kafirlərdir. Heç vaxt ümidinizi kəsməyin, həmişə sevinin, əziyyətli də olsa. Deyirlər ki, əzizim dünyasını dəyişibsə, necə sevinim? Orada bir hikmət var, çünki bir gün sən də onun arxasınca gedəcəksən. O, sənin üçün örnəkdir".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Natiq Şirinov "Yaşananlar" verilişində deyib.

O, səhnədə dünyasını dəyişəcəyi təqdirdə konsertinin yarımçıq saxlanılmamasını vəsiyyət etdiyini açıqlayıb:

"Oğluma demişəm ki, ola bilər səhnədə dünyamı dəyişərəm, konserti davam elə. Kövrəlir. Deyirəm ki, yadında saxla, biz Allahın sevimli bəndələrindənik. Güclü olmaq pullu olmaq, yaxşı maşınının, evinin olması deyil. Bu, ruhən olur. Elə həmin anda konserti davam etdirmək gücdür.

Mənim atam dünyasını dəyişməzdən əvvəl vəziyyəti çox pis idi. Həmin vaxtlarda Alim Qasımovun konsertinə məşqlər gedirdi, mən onları saxlamadım. İndiki nəslin bəzi nümayəndələri çox acizdirlər. İnsan şor çörək də yeyər, yer də süpürər, zibil də daşıyar. Əsas odur ki, yaşayırsan, evə çörək aparırsan. Bu özü həyatdır.

Hər şey Allahın əlindədir. Bu gün sahib olduqlarımı bir anda əlimdən alsa, yenə üzüm gülər. Ümidinizi kəsməyin. Əsas odur ki, gördüyün işi düzgün edəsən. Vətən, ailə və iş - bu üç şeyə sadiq olasan".

N.Şirinov gələcəkdə oğul nəvəsi olarsa, onun sənətini davam etdirməsini arzuladığını bildirib:

"İnşallah, oğlan nəvəm olsa, adını Natiq qoyacağam. O da nağara çalacaq. Bu, onun irsidir. Heç kim məndən inciməsin, bunu məndən sonra oğlum, ondan da sonra nəvəm davam etdirə bilər. Oğluma niyə nağaranı səndən çox istəyirəm, ona görə demişəm ki, bir dəfə onu vursam, polis çağırıb tutdurarlar, amma 50 ildir bu alətə vururam, üzümə qayıtmır. Ona görə o mənə daha doğmadır. Təbii ki, bu zarafatdır, amma burada həqiqət də var". (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO