Salyan rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza bu gün axşam saatlarında yeni Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, 4-dən çox avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində xəsarət alanlar olub. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



Sabutay, Bizim.Media, Cənub bürosu.