Ali Məhkəməyə daxil olan mülki işlərin sayında AZALMA OLUB - FOTO

Yanvarın 23-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Ali Məhkəmənin sədri İnam Kərimov bildirib ki, ötən ilin “Konstitusiya və Suverenlik İli” elan olunması hüquqi dövlət prinsiplərinin inkişafına xüsusi töhfə verib. Ötən il Ali Məhkəmə məhkəmə fəaliyyətinin keyfiyyətini artırmaq və vətəndaşların ədalətə inamını gücləndirmək üçün tədbirlər həyata keçirib.

İclasda ötən ilin məhkəmə hakimiyyəti üçün məhsuldar olduğu vurğulanıb. Ali Məhkəmə ədalət mühakiməsinin keyfiyyətini yüksəltmək və hüquqi məsələlərdə sabitliyi təmin etmək üçün ardıcıl tədbirlər görüb.

Diqqətə çatdırılıb ki, hesabat dövründə 44 üç ulduzlu, 1 dörd ulduzlu qərar, 2 qərardad və 2 Plenum qərarı qəbul edilib. Plenum qərarlarına mühüm dəyişikliklər edilib, 4 Plenum icraatı üzrə müvafiq qərarlar qəbul olunub.

İclasda məhkəmə-hüquq islahatlarının davam edəcəyi qeyd olunub. Qarşıdakı hədəflər arasında iş yükünün optimallaşdırılması, vahid təcrübənin tətbiqi və işlərin çevik baxılması göstərilib.

Daha sonra Ali Məhkəmənin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib.

Kommersiya kollegiyasında işlər 2024-cü illə müqayisədə 17,9 faiz artıb. 2025-ci ildə Kommersiya kollegiyasının icraatında olan 937 işdən 82 faizi yekunlaşıb. Baxılmış işlərdən 81,1 faizi ilə bağlı məhkəmə aktı saxlanılıb, 18,1 faizi ləğv olunub, 0,8 faizi dəyişdirilib.

İnzibati kollegiyada 5227 işdən 62,1 faizi yekunlaşıb. Baxılmış 3246 işdən 27,4 faizdə akt saxlanılıb, 47 faizi mümkün sayılmayıb, 14 faiz qərar ləğv olunub, 0,9 faizi isə dəyişdirilib.

Mülki kollegiyada ötən ildə mülki işlər 234 min 597-ə çatıb, apellyasiya şikayətləri 3,5 faiz artsa da, kassasiya şikayətləri 5,9 faiz azalıb. Yekunlaşma göstəricisi orta hesabla 85 faiz təşkil edib, təkrar baxılan işlər azalıb.

Sonra aşağı instansiya məhkəmələrində mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi cari vəziyyəti müzakirə edilib.

Qeyd edilib ki, 2025-ci il ərzində Cinayət kollegiyasında 3556 işdən 75,3 faizinə mahiyyəti üzrə baxılıb. Baxılmış işlərin 82,3 faizində qərar dəyişdirilmədən saxlanılıb, 5 faizi ləğv olunub, 12,7 faizi dəyişdirilib.

Ali Məhkəmə Aparatının hesabatında 2025-ci ildə fəaliyyətin hüquqi və təşkilati təminatı üçün tədbirlər görüldüyü bildirilib. 2026-cı ilin prioritetləri rəqəmsal idarəetmə, elektron sənəd dövriyyəsi, avtomatik təhlil və süni intellekt elementləri olacaq.

Məruzələr ətrafında çıxış edənlər 2025-ci ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd ediblər.

Plenumda həmçinin "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Ali Məhkəmə Plenumunun Qərar layihəsinin müzakirəsi aparılıb.

Sonda Ali Məhkəmənin 2026-cı ilə dair İş Planı təsdiqlənib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO