Görüşlərə hərbi formada gələn “məmur”un fırıldağı - Mal ətindən toyuğa qədər...

Narkotik satışı ilə bağlı uzun müddət həbsdə olmuş şəxs bu dəfə ağlasığmaz cinayət törədib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, 5 il əvvəl azadlığa çıxan 45 yaşlı Anar Mehdiyev özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim edərək bir neçə şirkət rəhbərinə 358 min manat ziyan vurub.

Mehdiyev zərərçəkmişlərdən birinə özünü Müdafiə Nazirliyinin Təchizat şöbəsinin mayoru, birinə polkovnik-leytenantı, digərinə isə polkovniki kimi təqdim edib. Guya adı Zeynaldır, ordunun ərzaq və digər təminatlarını yerinə yetirir.

Məsələn, ərzaq satışı ilə məşğul olan firma sahibi Rizvan Quliyevə belə kələk gəlib ki, o, Şəmkir və Bərdə hərbi korpuslarının ərzaq təminatını təşkil edir.

Anar bu üsulla firmanın anbarından 52 min 500 manatlıq mal əti götürüb.
 

Həmin məhsulu isə müxtəlif ticarət obyektlərində satdıqdan sonra ona inamı möhkəmləndirmək üçün əldə etdiyi vəsaitdən firma sahibinə 40 min manat verib. Artıq güvən qazanan Mehdiyev növbəti dəfə eyni firmadan 82 min 500 manatlıq məhsul alaraq aradan çıxıb.


Bundan sonra Mehdiyev pulunu hesaba köçürəcəyini deyərək eyni fırıldaqla üç ayrı-ayrı şirkətdən 200 min manatlıq toyuq əti, başqa bir firmanın direktor müavinindən isə 26 min manatlıq təkər və akkumulyatoru alıb sataraq pulunu mənimsəyib.

İstintaq materiallarında yazılıb ki, o, rəsmi şəxs olduğunu sübut etmək üçün saxta sənədlər təqdim edib.

Təqsirləndirilən şəxs sonuncu zərərçəkmişi də özünəməxsus şəkildə aldadıb. Firmanın direktor müavinini inandırıb ki, Müdafiə Nazirliyinin bir sıra yük maşınlarının təkərləri və akkumulyatorları sıradan çıxıb, “Zəfər Günü” ilə bağlı bir neçə günlük fasilədən istifadə edərək təcili dəyişdirilməlidirlər.
 

Aldanılan iş adamlarının sözlərinə görə, Anar Mehdiyev onları şoka salıb. Belə ki, görüşlərə hərbi formada gəlib, özünü əsl dövlət məmuru kimi aparıb. Onlar hamısı şikayətçi olduqlarını, amma pullarının ödəniləcəyi halda barışığa gedə biləcəklərini deyiblər.


Müttəhim “zabit” özü də təqsirini boynuna alıb, sadəcə bəzi zərərçəkmişlərin onun qaytardığı pulu nəzərə almadıqlarını əlavə edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri zərərçəkmişləri və şahidləri bir-bir dinlədikdən sonra təqsirləndirilən şəxsə düzgün ittiham verildiyini təsdiq ediblər.

Nəticədə Anar Mehdiyev külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO