“Yoldaşıma stent qoyulandan sonra ürəyi dayandı”– VİDEO

“Appro Hospital”da ürəyinə stent qoyulan 56 yaşlı kişi vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə mərhum Cəmil Qafarovun həyat yoldaşı Zahirə Qafarova Xəzər TV-yə danışıb.

Z.Qafarovanın iddiasına görə, ərinin ölümünə səbəb həkim məsuliyyətsizliyi olub:

“Yoldaşımın vəziyyəti yanvarın 15-də evdə qəflətən pisləşdi. Təcili tibbi yardım çağırdıq, onlar müdaxilə etdikdən sonra yoldaşım qismən özünü yaxşı hiss etdi. Sonra yenidən pisləşdiyi üçün bizə yaxın olan “Appro Hospital”a apardıq. Həkimlər dedi ki, “xəstə gizli infarkt keçirib, sabah əməliyyata götürəcəyik”. Əməliyyat olundu, vəziyyəti yaxşılaşdı və palataya köçürüldü”.

Bu əməliyyatdan iki gün sonra kordioloq-cərrah Rafiq Xəlilov xəstəyə ikinci stentin qoyulması üçün təcili əməliyyatın lazım olduğunu deyib:

“Əslində həkim mənə demişdi ki, birinci əməliyyatdan ancaq 4 ay sonra yenidən stent qoyula bilər. Stent qoyuldu, həkimlə görüşdük, hər şeyin qaydasında olduğunu bildirdi. Yoldaşım palataya yerləşdirildi. Bir müddət sonra başqa bir həkim məlumat verdi ki, “ürəyi dayanıb, ürək masajı edilir”. Bəlkə də ölmüşdü, bizə gec xəbər verdilər. Ən sonda dedilər ki, “başınız sağ olsun”.

Kardioloq-cərrah Rafiq Xəlilov bildirib ki, xəstə ürəyin kəskin koronar sindromu diaqnozu ilə xəstəxanaya yerləşdirilib:

“Damarı açıb stent yerləşdirdik. Amma xəstənin ümumi vəziyyəti də ağır idi. Digər damarlarda 70-80 faiz darlıqlar var idi. Lakin iki gün sonra vəziyyəti yenə də pisləşdi. Ailə ilə razılaşdıq. Bildirdik ki, bizim qoyduğumuz stentin tutulma ehtimalı var. Buna görə də ikinci dəfə əməliyyata aldıq. Lakin bu dəfə bütün səylərimizə baxmayaraq xəstənin ürəyi dayandı”.

“Appro Hospital”dan isə cavab olaraq bildirilib ki, ölümün dəqiq səbəbləri məhkəmə tibbi ekpertiza tərəfindən araşdırılır.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

End of content

No more pages to load

RADİO