Tədqiqatçılar 2 669 nəfər arasında keçirilən sorğuda insanların işdə streslə nə qədər tez-tez qarşılaşdıqlarını öyrəniblər.
Bizim.Media xəbər verir ki, məlum olub ki, sığorta sahəsində çalışanların 79%-nin işi davamlı stres vəziyyətləri ilə bağlıdır.
İkinci yerdə insan resursları mütəxəssisləri və marketoloqlar qərarlaşıb. Bu peşə sahiblərinin 73%-i işdə davamlı olaraq gərginlik yaşadıqlarını bildirib.
Üçüncü yerdə isə mühasiblər və satınalma sahəsində çalışanlar gəlir. Onların 69%-i davamlı streslə qarşılaşır.
Ən az stres isə daha çox fiziki iş tələb edən peşələrdə müşahidə olunub: mühafizəçilər və fitness məşqçiləri.
Bizim.Media