“Yüksələn işıq”: REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda - FOTO

23 yanvar–27 mart tarixlərində dünyaşöhrətli fotoqraf və fotojurnalist Reza Deqatinin (REZA) “Yüksələn işıq” adlı fotosərgisi Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-in beynəlxalq uçuşlar ərazisində nümayiş etdirilir.

AZAL-dan Bizim.Media-ya bildirilib ki, layihə “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) və Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də “Boeing” şirkətinin dəstəyi ilə həyata keçirilir və hava limanının beynəlxalq zona üzrə mədəni proqramı çərçivəsində təqdim olunur.

“Yüksələn işıq” sərgisi Azərbaycanı REZA-nın özünəməxsus bədii baxış bucağından təqdim edərək ölkənin zəngin tarixi irsinin müasir həyatın ritmi ilə harmonik vəhdətini əks etdirir. Geniş beynəlxalq auditoriya üçün hazırlanmış bu vizual hekayə vasitəsilə Azərbaycanın mədəni, sosial və insani siması nümayiş olunur.

Sərginin Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilməsi xüsusi rəmzi məna daşıyır.

Regionun ən iri aviasiya qovşaqlarından biri olan və hər gün dünyanın müxtəlif ölkələrindən on minlərlə sərnişini qəbul edən aeroport mədəni dialoq üçün unikal platforma, eyni zamanda, Azərbaycanın vizual təqdimatında ilk təmas nöqtəsi rolunu oynayır. Sərginin Terminal 1-in beynəlxalq zonasında yerləşdirilməsi onun qlobal miqyasını və beynəlxalqyönümlü xarakterini vurğulayır.

“Azərbaycan Hava Yolları”, “Boeing” və Heydər Əliyev Beynəlxalq Aeroportunun layihəyə verdiyi dəstək tərəfdaşların mədəni təşəbbüslərin beynəlxalq aviasiya mühitinə inteqrasiyasına və aviasiyanın mədəni mübadilə üçün körpü rolunun gücləndirilməsinə dair ortaq baxışını əks etdirir. Vizual düşüncə xətti kimi qurulan sərgi Azərbaycanı onun insanları, təbiəti və gündəlik həyatı vasitəsilə kəşf etməyə imkan yaradır. REZA-nın fotoları məkanın ruhunu, ənənələrin davamlılığını və müasir Azərbaycanın mədəni müxtəlifliyini incə detallarla çatdırır.

Sərgidə REZA-nın müəllifi olduğu 44 fotoəsər nümayiş etdirilir. Ekspozisiyanın xüsusi bölməsi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələrə həsr olunub. Buraya Bakının İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Şirvanşahlar Sarayı, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, eləcə də Şəki Xan Sarayı daxildir.
 

Bu sərgi Azərbaycanın tarixini, mədəniyyətini və insan hekayələrini vahid bir baxışda əks etdirir. Bu layihə vasitəsilə biz ölkəmizi təkcə məkan kimi deyil, öz zəngin dəyərləri və mədəni yaddaşı ilə qonaqlarımıza tanıdırıq”, – deyə “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev bildirib. O, həmçinin qeyd edib ki, mədəni təşəbbüslər AZAL-ın fəaliyyətinin ümumi inkişaf xətti ilə uzlaşır və aviaşirkətin texniki modernləşmə strategiyasını tamamlayır: “Bu il AZAL donanmasına yeni nəsil “Boeing 787-9 Dreamliner” təyyarəsi qoşulacaq. İnanıram ki, bu addım sərnişinlərimizin xəyallarındakı səyahətləri gerçəkləşdirməyə mühüm töhfə verəcək”.



“Aviasiya insanları həm marşrutlar, həm də ortaq təcrübələr vasitəsilə birləşdirir”, – deyə “Boeing” şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə icraçı direktoru Aysem Sarğın bildirib. Onun sözlərinə görə, sərgiyə dəstək verməklə “Boeing” səyahətçilərin Azərbaycanın zəngin mədəniyyəti, tarixi və insani hekayələri ilə tanış ola biləcəyi bir məkanın yaradılmasından qürur duyur. Bu sərgi “Boeing”in əsas dəyərlərini əks etdirir: şirkətin təyyarələri yalnız səyahəti mümkün etmir, eyni zamanda, dünyada insanları, mədəniyyətləri və ideyaları bir-biri ilə əlaqələndirir”.

Mədəni dialoq və səyahətin insani ölçüsü ideyası sərginin müəllifi, fotoqraf REZA-nın bədii baxışında da öz dolğun ifadəsini tapır.

“Yüksələn işıq” Azərbaycanın ruhuna və əzabı dözümlülüyə, qaranlığı isə işığa çevirə bilmiş bir xalqa həsr olunmuş şahidliyimdir. Şair Ruminin dediyi kimi, “Yara işığın içinizə axdığı yerdir”. Bu şəkillər vasitəsilə mən qədim irsinə sadiq qalaraq gələcəyə doğru addımlayan insanları müşahidə edirəm,” – deyə REZA bildirib.

REZA insan hekayələrinə və sosial kontekstə fokuslanan əsərləri ilə tanınan dünya şöhrətli fotoqraf və fotojurnalistdir. O, 40 ildən artıq peşəkar fəaliyyəti ərzində 100-dən çox ölkədə çalışaraq müasir tarixdə baş verən mühüm hadisələri sənədləşdirib. REZA Azərbaycanda da geniş fəaliyyət göstərib, ölkənin yaxın tarixində mühüm mərhələləri — XX əsrin sonlarında baş verən faciəli hadisələri, məcburi köçkünlərin talelərini, I və II Qarabağ müharibələrini öz
obyektivi ilə əks etdirib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

End of content

No more pages to load

RADİO