Beş yaşlı uşaq atasının qətli ilə bağlı məhkəmədə ifadə verəcək

Ərinin qətlində təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclas şahid ifadələri ilə işini davam etdirib.

Təqsirləndirilənin baldızı Aygün Quliyeva şahid kimi ifadə verib:
 

"Nərgizlə qardaşımın yaxşı münasibətləri var idi. Mübahisələri olsa da, Natiq heç vaxt ona şiddət göstərmirdi. Qardaşım tez-tez içirdi, bundan sonra davalar başlayırdı. Mən heç vaxt qarışmırdım onların münasibətlərinə. Hadisə günü biz - mən, qızım, atam və anam aşağı evdə oturmuşduq. Birdən qardaşımın beş yaşlı oğlu qaça-qaça gəldi ki, anam atamı vurub. Həyətdən qışqırıq səsini eşidib çölə qaçdım, qışqıran anam idi. Mənə dedi ki, gəlin qardaşını vurub. Sonra məndən yod və pambıq istədi. Yuxarı çıxanda qardaşımı qonaq otağında yerdə uzanmış gördüm".


Şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğundan ilk ifadəsi prosesdə elan edilib.

Zərurət yarandığından atasının öldürülməsinin canlı şahidi olan beş yaşlı uşağın prosesdə ifadə verməsi qərara alınıb.

Növbəti proses fevralın 5-nə təyin olunub.

Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N.Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Canlı yayımda halı pisləşən Tolik xəstəxanaya YERLƏŞDİRİLDİ - VİDEO

Canlı yayımda halı pisləşən Tolik xəstəxanaya YERLƏŞDİRİLDİ - VİDEO

Putin Kremldə ABŞ nümayəndə heyətini qəbul edir - VİDEO

Putin Kremldə ABŞ nümayəndə heyətini qəbul edir - VİDEO

Dörd bürc yanvarın sonunda rahat nəfəs alacaq: Siyahıda kim var?

Dörd bürc yanvarın sonunda rahat nəfəs alacaq: Siyahıda kim var?

ABŞ-ın Suriyada on ildən artıqdır davam edən hərbi əməliyyatına son qoyula bilər

ABŞ-ın Suriyada on ildən artıqdır davam edən hərbi əməliyyatına son qoyula bilər

Skot Bessent: "İran iqtisadiyyatı tənəzzülün astanasındadır"

Skot Bessent: "İran iqtisadiyyatı tənəzzülün astanasındadır"

"Mançester Yunayted" Kazemiro ilə yollarını ayırır

"Mançester Yunayted" Kazemiro ilə yollarını ayırır

Beş yaşlı uşaq atasının qətli ilə bağlı məhkəmədə ifadə verəcək

Beş yaşlı uşaq atasının qətli ilə bağlı məhkəmədə ifadə verəcək

Arzu Əliyevanın DOĞUM GÜNÜDÜR

Arzu Əliyevanın DOĞUM GÜNÜDÜR

Milli Məclislə NATO PA arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi - FOTO

Milli Məclislə NATO PA arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi - FOTO

"Beşiktaş"ın futbolçusu sabiq klubuna QAYITDI

"Beşiktaş"ın futbolçusu sabiq klubuna QAYITDI

Avro və rubl bahalaşdı, manat dəyişdi: "Devalvasiya olsa..."

Avro və rubl bahalaşdı, manat dəyişdi: "Devalvasiya olsa..."

İsrail ABŞ-ın İrana mümkün zərbəsinə hazırlaşır - KİV

İsrail ABŞ-ın İrana mümkün zərbəsinə hazırlaşır - KİV

İspaniya Konqresinin sədri Azərbaycana səfərə gəlib - FOTO

İspaniya Konqresinin sədri Azərbaycana səfərə gəlib - FOTO

Namiq Qaraçuxurlu evindən görüntülər PAYLAŞDI - VİDEO

Namiq Qaraçuxurlu evindən görüntülər PAYLAŞDI - VİDEO

Zelenskidən VƏD: “Ayda 35 min həlak olmuş rus əsgəri…” - VİDEO

Zelenskidən VƏD: “Ayda 35 min həlak olmuş rus əsgəri…” - VİDEO

Gəncədə zəncirvari qəza - Yaralananlar var - FOTO

Gəncədə zəncirvari qəza - Yaralananlar var - FOTO

Rafinyadan həyat yoldaşına 60 min avroluq HƏDİYYƏ - FOTO

Rafinyadan həyat yoldaşına 60 min avroluq HƏDİYYƏ - FOTO

Naxçıvanın bəzi ərazilərdə işıq olmayacaq

Naxçıvanın bəzi ərazilərdə işıq olmayacaq

İlham Əliyev və Paşinyan Davosda ayaqüstü söhbət etdi

İlham Əliyev və Paşinyan Davosda ayaqüstü söhbət etdi

Röya evində QONAQLIQ ETDİ - FOTO/VİDEO

Röya evində QONAQLIQ ETDİ - FOTO/VİDEO

"Atletiko"nun futbolçusu "Qalatasaray"a KEÇƏ BİLƏR

"Atletiko"nun futbolçusu "Qalatasaray"a KEÇƏ BİLƏR

Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq - MƏHKƏMƏ

Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq - MƏHKƏMƏ

Mask: “Gələcəkdə insandan çox robot olacaq”

Mask: “Gələcəkdə insandan çox robot olacaq”

Sahil Babayev onu direktor təyin etdi - FOTO

Sahil Babayev onu direktor təyin etdi - FOTO

End of content

No more pages to load

RADİO