İsveçrədən Azərbaycana idxal edilən "Swissneo 1" uşaq qidasında "Sereulid" çirkləndiricisi aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat
verilib.
Bildirilib ki, sözügedən mövzu ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə agentliyə bildiriş daxil olub.
Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Qeyd edək ki, "Sereulid" düzgün saxlanmayan qidalarda yaranan, istiliyə davamlı və sağlamlıq üçün təhlükəli bakterial toksindir.


Bizim.Media