Yevlax rayonunda bir ailənin beş üzvü dəm qazından zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ailənin beş üzvü - ata, iki oğul və iki nəvə dəm qazından boğulub.
Ailə başçısı - 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov dünyasını dəyişib.
Digər şəxslərin vəziyyəti orta ağır olaraq qalır.
Qeyd edək ki, ailə hadisənin baş verdiyi evi yeni alıb, dünən ora köçüblər.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu